Description:
Tezisdə müxtəlifsistemli dillərdə morfoloji vasitə kimi təzahür edən səs əvəzlənmələri
linqvistik formal vasitə, müəyyən morfoloji mənanın ifadəsi kimi təhlil edilir. Morfoloji məna ilə morfoloji vasitə arasında əhəmiyyətli dərəcədə asimmetriya və ya uyğunsuzluq olduğu göstərilir. Qeyd edilir ki, məna, o cümlədən, morfoloji məna hökmən ya işarələnəndir, ya da işarələnənin bir hissəsidir. İfadə vasitəsi, o cümlədən morfoloji ifadə vasitəsi heç də hər zaman işarələyən və ya işarələyənin bir hissəsi olması vacib deyil. Hər bir dildə mənasız, məna daşımayan və ya boş formal (ifadə) vasitələri mövcud olur ki, işarələyəni olmur. Buna baxmayaraq, mənasız və ya məna daşımayan vasitələrin də daxil olduğu bütün formal ifadə vasitələri mənalı ifadələrin qurulmasında iştirak edir.