dc.description |
Aşıq yaradıcılığında işlənən şəxs adlarını tədqiq etmək tarixi həqiqətləri üzə çıxarmağa kömək edir. Həmin şəxslərin yer kurəsinin hansı guşəsində məskunlaşdığını, hansı xalqa mənsub olduğunu aydınlaşdırır. Vətənin görkəmli, qeyrətli, səxavətli, ədalətli oğul və qızlarını, adil və zalımlərı xalqa tanıtmaq işində aşıq poeziyası müstəsna rol oynayır. Aşıqların, el şairlərinin əsərlərində işlənən şəxs adlarını öyrənmək, tədqiq etmək qədim Azərbaycan torpaqlarının böyük bir hissəsinin ayrı-ayrı dövrlərdə zorla, qeyri-qanuni yolla əlindən alındığını isbat etməyə kömək edir. Bu baxımdan aşıq poeziyasında olan antroponimlərin tədqiqi günün aktual problemlərindəndir. |
en_US |