Description:
Müasir dilçilik nəzəriyyəsində «üslubiyyat», «üslub», «funksional üslub» və «funksional üslubiyyat» terminlərindən istifadə olunur. Bu terminlərin hər biri ayrıca bir anlayışı bildirir. Lakin tədqiqatçılar bəzən onların eyni mənada işlənməsini də qeyd edirlər. Funksional üslub ideyası ənənəvi dilçilikdəki «üslub» anlayışından sonra istifadə edilmişdir. Bu da üslubun məhz dil vasitələrinin istifadə olunması xüsusiyyətləri, bir qədər də dəqiq desək, bu vasitələrin funksionallığı ilə bağlı anlayış olmasından irəli gəlir. Dil vasitələrinin funksionallığı olmadan üslub yoxdur. Üslub anlayışının izahında da bu cəhəti aşkar müşahidə etmək olur.