Description:
Germanistika- bu sözün tam mənasında almanca danışan xalqların dilləri, ədəbiyyatı, tarixi, maddi və mənəvi mədəniyyətinin öyrənilməsi ilə bağlı bir sıra elmi fənləri əhatə edir. Bu sahədəki tədqiqatlar, hind-Avropa dilləri dairəsində və müstəqil tarixi inkişafları dövründə alman dillərinin formalaşma prosesləri və qanunauyğunluqlarını, alman xalqlarının ictimai həyatının müxtəlif mərhələlərində mövcudluq formalarını, müasir alman dillərinin quruluşunu və fəaliyyətini əhatə edir. Linqvistikada germanistika-alman dilinin bütün təzahürləri müstəvisində öyrənilməsi ilə məşğul olan xüsusi dilçiliyin bir sahəsidir.