Description:
Natiqlik sənəti hər bir insanın qabiliyyətini, istedadını üzə çıxarır. Natiqlik sənətinin ən böyük
rolu ondan ibarətdir ki, bu sənət vasitəsilə yeni natiqlər və cəmiyyətə xidmət edən təbliğatçılar
yetişir. Natiqliyin əsas xüsusiyyətlərindən biri odur ki, bu sənət ilə məşğul olan hər bir adam
hansı mövzuda nitq söyləyirsə, həmin elmi dərindən öyrənir və müşahidələr aparır. Bu da
fikrin elmi əsaslarla ifadə olunmasına xidmət edir.