Description:
Qloballaşan müasir dünyada ingilis dili beynəlxalq ünsiyyətin əsas vasitəsinə çevrilmişdir. Qloballaşma prosesi inkişaf etdikcə millətlər və cəmiyyətlər arasında ictimai-siyasi, sosial-mədəni və digər əlaqələr yeni mahiyyət qazanır. Bu prosesin təsiri dil sahəsində də özünü göstərir, dilin formalaşmasına və onun milli-bəşəri məzmununa ciddi şəkildə təsir edir.