Description:
Ünsiyyət zamanı həmsöhbətlərin bir-birini səhv anlaması, zidiyyətli situasiyanın daha da gərginləşməsi nəticəsində söhbət iştirakçıları xoşagəlməz ifadələr işlədir, yaxud qəbul edilməyən davranışlar baş verir. Belə linqvistikvə ekstra-linqvistik vasitələr müxtəlif söhbət formalarında təsadüf edilir. Müxtəlif söhbətlərə onlayn və oflayn müzakirələr aid edilir. İnternet müzakirələrində aparılan tədqiqatlar emojilərin və qısaltmaların təhlili ilə
məhdudlaşmır və hal-hazırda sürətlə inkişaf edən bir tədqiqat sahəsidir. Üzbəüz söhbətlərdə intonasiya və qeyri-verbal vasitələr rəqəmsal kontekstdən asılı olan xüsusiyyətlərə uyğun durğu işarələrindən və emojilərdən istifadə olunur. Komputer vasitəçiliyi ilə yerinə yetirilən söhbətlər müxtəlif tədqiqat sahələrində təhlil edilib. Praqmatikada isə sosial media şəbəkələrində, eləcə də instaqram, feysbuk, votsap kimi söhbət yerlərində dilin təhlili zamanı kodlu sözlər (code switching), cinsiyyət, nəzakətsizlik və kobudluq kimi kateqoriyalara diqqət yetirilir. Bu məqalədə isə əsas diqqət son iki kateqoryanın (nəzakətsizlik və kobudluq) tədqiqinə və təhlilinə yönəlmişdir.