Description:
Kitabda müasir əməliyyat sistemləri haqqında məlumat verilmiş və MS Windows 10 əməliyyat sisteminin ən zəruri elementləri öz əksini tapmışdır. O cümlədən, Windows 10-un əsas yenilikləri, təkmilləşdirilmiş interfeys sistemi, Baş menyu, Fayl Explorer bələdçi proqramı, Microsoft Edge brauzeri və s. ətraflı təsvir edilmişdir. Eyni zamanda ən populyar internet brauzerlərinin imkanları müqayisəli şərh edilmiş və kompüterdə zəruri sazlanma əməliyyatlarının aparılmasında sistemin yeni imkanlarının tətbiqləri praktiki nümunələrlə göstərilmişdir. Konkret mövzular üzrə yerinə yetirilən bütün praktiki əməliyyatlarda müvafiq dialoq pəncərələri və kontekst menyulardan istifadə edilir. Bu da baxılan mövzuların daha rahat və asan mənimsənilməsini təmin edir.
Kitab universitet tələbələri, magistrlər və müəllimlər üçün nəzərdə tutulur. Kitabdan kompüterdə işləməyi müstəqil öyrənmək istəyənlər də istifadə edə bilərlər.