Description:
Danışıq dili ümumxalq dilinin bir hissəsi kimi dialekt danışığı, jarqon və loru danışığı əhatə edir. Bunlar istifadə olunmasına, təbiətinə, əlamət və keyfiyyətinə görə bir-birindən əsaslı şəkildə fərqlənir. Məsələn, loru danışıq vahidlərinə ümumxalq dilinin bütün sahələrində təsadüf edilə bildiyi halda, dialekt ünsürlərinə ancaq onun mənsub olduğu dialektdə rast gəlmək olur və s. Jargon və slenqlərlə yanaşı vulqar sözlər və yaxud vulqarizmlər, dialektlər, kollokualizmlər də var. Vulqar sözlər və ifadələr hər bir dilin ən aşağı səviyyəli layını təşkil edir.