Description:
Eldar Baxışoğlu 1970-1980-ci illər Azərbaycan ədəbiyyatında tərcüməçilik sahəsində böyük uğurlar əldə etmiş şairdir. Rus ədəbiyyatının görkəmli simalarına dərin rəğbət bəsləyən Eldar Baxışoğlu bu əsərlərin tərcüməsini məqsədəuyğun hesab edirdi. O, tərcümə zamanı poetik nümunələrin forma gözəlliyini, nəsr tərcüməsinin isə məzmun və əsas ideyasını saxlamışdır.