Description:
İngilis dilində ellipsis nitqdə bir və ya bir neçə sözün, bir hissənin buraxılması, nitqdə olan
boşluqlardır. Yazılı nitqdə ellipsislər "..." durğu işarəsi ilə göstərilir. Belə ki, ellipsis nitqdə çox vaxt qeyri-ixtiyari baş versə də, bəzən yazıçı tərəfindən oxucu ilə ünsiyyət qurmaq, insanların real danışıq tərzinə bənzər dialoq yaratmaq üçün istifadə olunur. Buna da daha çox fantastik janr müəlliflərinin əsərlərində rast gəlinir.