Description:
Məqalədə üslubi vasitələrdən biri olan təzad haqqında müxtəlif fikirlərdən bəhs edilir. Təzad nitq fiquru kimi göstərilir və mənşəyi haqqında məlumat verilir. Məqalədə təzadı tədqiq edən dilçilərin təzadla bağlı müəyyən fikirlərindən bəhs olunur. Dilçilərin təzadın praqmatik xüsusiyyəti və funksiyaları ilə bağlı düşüncələri müzakirə olunur. Bu funksiya və xüsusiyyətlər bədii əsələrdən seçilmiş nümunələr ilə əsaslandırılır. Məqalədə həmçinin müəllif təzadın müəyyən fərqləndirici xüsusiyyətləri haqqında öz münasibəti də ifadə edir.