Description:
Şfahi ünsiyyətin yaranması üçün konkret ifadələr, frazalar insanın özünü, hiss və duyğularını, fikir və düşüncələrini ifadə edən birbaşa vasitələrdir. İdiomlar isə insanın sonrakı inkişaf mərhələlərində frazalardan törəmiş söz birləşmələridir. İnsan təfəkkürü və təhsilinin inkişafı qloballaşan dünyamızda baş verən texnoloji inqilab ilə insan zəkasının mənəvi yetkinliyi arasında pozulmuş tarazlığa qarşı duran ən mühüm prosesdir. Sosial tərəfdaşlığı şərtləndirən amil insan təfəkküründən doğan şifahi ünsiyyətdir. Şifahi ünsiyyətimizi obrazlı, daha təsirli, ifadəli qurmağımız üçün idiomatik ifadələrdən istifadəmiz qaçılmazdır. Məhz mövzunun praktik əhəmiyyətini labüd edən cəhət budur ki, insan təxəyyülündə ünsiyyətin obrazlı canlanmasını təmin etmək üçün idiomlardan istifadə sosial tərəfdaşlığın ekspressivliyini artıran psixoloji prosesdir.