Description:
Məqalədə tələbələrin ingilis dilində idiomatik leksik bazalarının autentik mətnlər vasitəsilə artırılması və bu istiqamətdə müasir təlim metodlarının əhəmiyyətindən danışılır. İngilis idiomlarının autentik mətnlər daxilində innovativ metodlar vasitəsilə tələbələrə öyrədilməsi məntiqi təfəkkürü inkişaf etdirərək real həyat hadisələrinin əyaniliyini ön plana çəkir. Bu, dil mənisəmə prosesində obrazlı, emosional ifadə vasitələrinin sırf dil daşıyıcılarının dilindən dinləməklə ingilis dilinə rəğbəti gücləndirir və tələbələrin dilöyrənməyə motivasiyasını yüksəldir.