Description:
Dilin məntiqi strukturlarının və idrak vasitələrinin formalaşmasında metaforların xüsusi rolu üzə çıxır. Həndəsi metaforlar bizi əhatə edən hər şeydə özünü göstərir. Həndəsi metafor bildiyimiz adi həndəsi fiqurların öz həqiqi mənalarından uzaqlaşaraq, məcazi məna qazandıqları zamanı yaranır. Metaforlar ifadənin doğru olduğunu və ya bir şeyin mövcud
olduğunu qəbul etməyi təmsil edir və metaforik təfəkkür peşəkar düşüncəni anlamağa kömək edir. Bir sözlə, bu dil fenomeni həm də peşəkar düşüncəyə dair fikir əldə etmək üçün güclü koqnitiv vasitəni təmin edir.