Description:
Dərs vəsaiti ehtimal nəzəriyyəsi və riyazi statistikanın əsas anlayışları və elementləri ilə ilkin tanışlıq və müvafiq praktik məsələləri həlletmək vərdişlərinin inkişaf etdirilməsi üçün nəzərdə tutulmuşdur.
Əsas diqqət fənn proqramda nəzərdə tutulmuş nəzəri və praktiki materiallardan ibarət olan mövzuların ətraflı və anlaşıqlı şəkildə şərh olunmasına yönəldilmişdir. Hər bir mövzuya uyğun misalların izahlı həlli verilmişdir.
Kitab ADU-nun “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alan, həmçinin “Regionşünaslıq və beynəlxalq münasibətlər” fakültəsinin tələbələri üçün nəzərdə tutulmuşdur.
Kitabdan müəllimlər, eləcə də ehtimal nəzəriyyəsi və riyazi statistikanı müstəqil öyrənmək istəyənlər istifadə edə bilərlər.