Description:
Kitaba əməliyyat sisteminin ən zəruri elementləri daxil edilmişdir. Kitabda baxılan bütün mövzular məntiqi ardıcıllıqla verilməklə sadə və anlaşıqlı dildə şərh edilmişdir. O cümlədən, ayrı-ayrı mövzular üzrə müvafiq materialların şərhində çoxsaylı dialoq pəncərələrindən istifadə edilir ki, bu da kitabın daha oxunaqlı olmasına, həmçinin Windows 7 əməliyyat sisteminin daha asan və tez mənimsənilməsinə imkan verir.
Kitab Universitet tələbələri və müəllimlər üçün nəzərdə tutulur. Kitabdan kompüterdə işləməyi müstəqil öyrənmək istəyənlər də istifadə edə bilərlər.