| dc.description |
Tərtib olunmuş müvafiq proqram “İngilis və Azərbaycan dillərinin kontrastiv leksikologiyası” nəzəri kursu ali təhsilin magistr pilləsində təhsil alan II kurs (III semestr) tələbələri üçün nəzərdə tutulur. Proqramda ingilis və Azərbaycan dillərinin frazeologiyası, ingilisdilli və Azərbaycandilli, həmçinin ikidilli, üçdilli lüğətlərin, leksik sistemi (neologizmlər
və arxaizmlər), həmçinin ingilis və Azərbaycan dillərinin genetik (etimoloji) analizi, alınmalar, onların növləri, standart və qeyri-standart ingilis və Azərbaycan dilləri haqqında məlumat verilir. |
en_US |