Description:
Jarqonizmlər ümumxalq dilinin tərkib hissələrindən biri olub, dilin lüğət tərkibində özünəməxsus yer tutur. Onlar bir sıra digər «-izm»lər kimi ümumişlək leksikadan kənarda olsalar da, milli dilin ayrılmaz hissəsidir və xüsusilə bədii diskursda fəal istifadə olunur. Buna görə də jarqonizmlər və ya jarqon sözlər adlandırılan leksik vahidlərin toplanmasına və xüsusi tədqiqat obyekti kimi öyrənilməsinə ehtiyac var. Jarqon ingilis dilindəki slənq anlayışına yaxındır.