Description:
İngilis slenqi müasir ingilis danışıq leksikasının ən geniş yayılmış sahələrindən biridir və o, son illər bədii ədəbiyyata, kinoya, ümumiyyətlə incəsənətin bir çox sahələrinə aktiv şəkildə daxil olmaqdadır. Müasir ingilis slenqinin ən çox yayıldığı sahələrdən biri kompüter sahəsidir. kompüter slenqi gündəlik həyatda kompüterlə birbaşa əlaqəsi olan insanlar tərəfindən işlədilən, peşə leksikasını əvəz edən, bəzən kobud-familyar çalara malik olan danışıq dili ilə fərqlənən söz və ifadələrdir.