Description:
Dilin lüğət tərkibinə daxil olan bütün leksik vahidlər ədəbi və qeyri-ədəbi olmaqla iki qrupa bölünür. "Slənq" vulqarizm, barbarizm, peşə sözləri və jarqonizmlərlə birlikdə qeyri-ədəbi dilə aid edilir, lakin müəyyən xüsusiyyətləri ilə onlardan fərqlənir. "Slənq" çox geniş anlayışdır və onu müəyyən qəlibə salıb dəqiq tərifini vermək mümkün deyil.