Description:
Amerika ədəbiyyatının intensiv formalaşması və inkişafı XIX əsrin birinci yarısında başladığından, ayrıca Amerika ədəbi dili və ya ingilis dilinin Amerika variantı haqqında məhz bu dövrdən başlayaraq danışmaq olar. Amerikan ingiliscəsi məhz bu dövrdən yerli söz və ifadələrlə intensive zənginləşməyə başlayır, bədii yaradıcılıqda yerli poetik obrazlar üstünlük verilir. Təsadüfi deyil ki, məhz Amerika ədəbiyyatında "yerli kolorit" adlı termin yaranıb geniş istifadə tapmışdı. Bu isə ən bariz şəkildə müxtəlif səviyyəli slənqlərin, xüsusilə bədii üslubda, işlədilməsində təzahür edir. Məhz bu vaxtdan başlayaraq özəl ABŞ ədəbiyyatı və ingilis dilinin Amerika variantı inkişaf tapır.