Description:
Kitabda görkəmli alim və yazıçı, akademik, Xalq yazıçısı Kamal Abdullanın müsahibə, söhbət və dialoqlarında sözə çevirdiyi düşüncələrindən seçmələr toplanmışdır. Dövlət və cəmiyyət, multikulturalizm və tolerantlıq, dil və mifologiya, “Kitabi-Dədə Qorqud” eposu, ədəbiyyat, yazı, insan, yaddaş, həyat kimi müxtəlif mövzularda söylənmiş bu fikirlər onun şəxsiyyət və yaradıcı insan kimi portret cizgilərini tamamlamağa yardım göstərir.