Description:
Məqalə, müasir fransız mətbuat materiallarında neologizmlərin araşdırılması probleminə həsr edilmişdir. Yeni sözlərin düzəlməsində suffiks, prefiks və parasintez vasitələri geniş yer tutur. Lakin neologizm isimlərinin əsas, başlıca əmələgəlmə vasitələrinə alınmaları aid etmək olar. Alınmaların arasında ingilis dilindən alınmalar üstünlük təşkil edir. Bu alınmalar əsasən ticari və iqtisadi terminologiyaya aiddir, alınma mürəkkəb isimlər isə məişət leksikasını əhatə edir.