Description:
Lakoff və Consonun “Yaşadığımız metaforalar” (“Metaphors We Live By” ) kitabının nəşr olunduğu dövrdən indiyə qədər metaforanın öyrənilməsi dərin bir transformasiyaya məruz qalmışdır və bu əsər Konseptual Metafora Nəzəriyyəsinin (KMN) əsasını qoymuşdur. Bu nəzəriyyəyə görə, metafora sadəcə üslubi vasitəsi deyil, həmçinin insan idrakının fundamental mexanizmidir. O, insanların təcrübənin abstrakt sahələrini daha konkret, duyğu əsaslı mənbə sahələri vasitəsilə necə konsepsiyalaşdırdığını srukturlaşdırır.