Description:
Məqalədə qiymətləndirmə texnologiyalarının üstünlükləri və çatışmazlıqları öz əksini tapmışdır. Təlim keyfiyyətinin yoxlanılması üzrə ən etibarlı mənbə obyektiv və düzgün qiymətləndirmədir. Tələbələrin təhsil nailiyyətlərini izləmək və dəyərləndirmək üçün müraciət olunan qiymətləndirmənin çox sayda müxtəlif növləri mövcuddur. Qiymətləndirmə növlərinin də ayrı – ayrılıqda onları bir-birindən fərqləndirən müsbət və mənfi cəhətləri vardır. Hər bir qiymətləndirmə növü müxtəlif bacarıqları qiymətləndirmək üçün istifadə olunur ancaq bununla yanaşı tədrisin irəliləyişini izləmək üçün təlimin müxtəlif mərhələlərində tətbiq olunur.