Description:
Məqalədə Markezin doğulub-böyüdüyü və həyatını başa vurmuş olduğu torpaqların tarixi haqqında məlumat verilmişdir. Lakin tarixi gerçəkliklərin Markez qələmindən görünən tərəflərinə işıq tutulmuşdur. Latın Amerika torpaqlarının Avropa səyyahları tərəfindən kəşf olunduğu zamandan başlayaraq bu torpaqların başına gələn hadisələr(xaricilərin işğalçılıq siyasətləri, yerli xalqın tarixi-psixoloji inkişaf trayektoriyası, gəlmələrin yerlilərə münasibətləri və s. məsələlər) yazıçının həm tarixi, həm də mifoloji aspektdən peşəkar münasibəti çərçivəsində təhlil olunmuşdur.