Description:
Məqalədə məşhur kolumbiyalı yazıçı Qabriel Qarsia Markezin “Patriarxın payızı” əsərində yazıçının fərdi-bədii üslubu və əsərdəki bədii dil məsələləri araşdırılmışdır. Əsər yazıçının digər əsərlərindən özünəməxsus janr xüsusiyyətləri və süjet-kompozisiya xətti ilə seçilir.