| dc.description |
Monoqrafiyada Azarbaycanın İrəvan bölgəsinin XIX-XX əsrin əvvəlləri tarixi - dövrü sistemli şəkildə tədqiq olunur. Vətən tariximizin ən yaralı yerlərindən olan məhz bu bölgəmiz məlum tarixi-siyasi proseslərədək Azərbaycan türklərinin tarixən yaşadığı yurd yerləri olmuşdur. İrəvan bölgəsinin avtoxtonları olan azarbaycanlılar burada lap qədimdən böyük mədəniyyət yaratmışlar. Əsərdə bölgənin Çar Rusiyası tərəfindən işğalı, bölgənin ərazisi və əhalisi, etnik tərkibi, inzibati-idarə sistemi, bu tarixi ərazimizda erməni dövlətinin yaradılması, sosiai-iqtisadi vəziyyət, о cümlədən İrəvan bölgəsində ermənilər tərəfindən törədilən soyqırımlar (1905-1907 və 1918-1920-ci illər) və deportasiyalar, arxiv sənədləri və mənbələr asasında araşdırılır. Monoqrafiyadan tarixçilər, ali məktəb tələbələri, magistrant və doktorantlar, tədqiqatçılar, Azərbaycan tarixinin XIX-XX əsrlər dövrünə maraq göstərən geniş oxucu kütləsi istifadə edə bilər. |
en_US |