Description:
Ali və orta ümumtəhsil məktəbləri bir-biri ilə qırılmaz tellərlə bağlıdır. Məlumdur ki, ali pedaqoji məktəblər əsasən orta ümumtəhsil məktəbləri üçün müəllim hazırlayır; orta ümumtəhsil məktəbi öz növbəsində, ali məktəb üçün kontingent hazırlayır. Bu səbəbdən də ali və orta ümumtəhsil məktəbləri arasında qarşılıqlı əlaqənin vəziyyətini təhlil etməyə, uğurları və nöqsanları üzə çıxarmağa, bu nöqsanları aradan qaldırmağa, yollarını müəyyənləşdirməyə ehtiyac yaranır. Təlim və tərbiyənin vəhdətinin təmin olunmasında kafedraların istifadə etmədikləri imkanlar çoxdur. Onları üzə çıxarmaq və yaradıcı surətdə tətbiq etmək hər bir ali məktəb müəlliminin borcudur.