Description:
Monoqrafiyada Abdulla Şaiqin həyat və yaradıcılığı geniş əhatə olunmaqla bərabər əsas tədqiqat obyektini 1918-26-ci illərdə mövcud olmuş «Şaiq «Nümunə məktəbi»nin yaradılması və fəaliyyəti təşkil edir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra fəaliyyətə başlamış məktəbin yaranması və bağlanması səbəbləri araşdırılmış, qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, hökümətin təhsil siyasəti arxiv materialları əsasında təhlil edilmiş, məktəbdə milli təhsil quruculuğunun istiqamətləri müəyyənləşdirilmiş, məktəbdə təlim-tərbiyə işinin təşkilində A.Şaiqin rolu və pedaqoji fəaliyyəti təsnifatlarla verilərək tam olaraq ümumiləşdirilmişdi