Description:
Təqdim olunmuş dissertasiya “Koreya ədəbiyyatının yaşayan əfsanəsi” adlanan İ Mun Yolun “Dəyişən qəhrəmanımız” əsərinin Azərbaycan dilinə tərcüməsi zamanı qarşıya çıxan çətinliklərdən bəhs edir.
Linqvistik və etnoloji tədqiqatlar nəticəsində Koreya dilinin azərbaycan, türk, monqol, tunqus-mancur dilləri kimi Altay dil ailəsinə mənsubluğu müəyyən edilmişdir. Bu səbəbdən də Uzaq Şərqdə yerləşən bu ölkənin – Koreya dilində olan müxtəlif mövzuda əsərlərin dilimizə tərcüməsi zamanı və ya ümumilikdə iki dil – Azərbaycan və Koreya dilləri arasında müqayisələr aparıldığı zaman bir çox oxşarlıqlara rast gəlmək mümkün olur.