Description:
Təqdim olunmuş dissertasiya məşhur amerikan yazıçısı Con Steynbekin “The Grapes of Wrath” romanının tərcüməsindən bəhs edir. “The Grapes of Wrath” – “Qəzəbdən törəmişlər/ Qəzəb salxımları” realist romanı ilk dəfə 1939-cu ildə çap edilmişdir. Roman ədəbiyyat sahəsində ABŞ˗ın məşhur “Milli Kitab Mükafatı”na və “Pulitzer Mükafatı”na layiq görülmüşdür. Romanda 1930˗cu illərdə Coudlar ailəsinin Oklahama ştatından evlərini tərk edib, iş tapmaq ümidilə Kaliforniyaya getməsindən və bu yolda onların başlarına gələlərdən bəhs edilir.