Description:
Hazırkı tədris prosesində, xarici dili öyrənmək artıq bir
ehtiyac olmaqdan çıxaraq zərurət halına çevrilmişdir. Beləliklə şagirdlər xarici dil
dərsləri ilə daha erkən yaşlarda tanış olmağa başlayırlar. Tədris dilindən aslı
olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I (birinci) sinifdən
başlanır. Tədrisi I (birinci) sinifdən başlanan xarici dil uşağın məktəbdə öyrəndiyi
əsas xarici dil hesab edilir. Azərbaycan Respublikasının ümumtəhsil məktəbində
tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri
arasından seçilir. Bir neçə xarici dil tədris olunan məktəblərdə övladı üçün müvafiq
xarici dil onun valideyni (digər qanuni nümayəndəsi) tərəfindən seçilir.