Description:
Məqaədə müasir cəmiyyətin bütün sahələrində baş verən dəyişikliklər, iqtisadi inkişafın ali təhsil qarşısında qoyduğu tələblər haqqında məlumat verilir, təlim proqramlarının dinamik, innovativ fəaliyyətlər nəzərə alınaraq hazırlanması, şəxsiyyətin maraq və meyillərinə əsaslanan paradiqmlərin seçilməsi, onların praktikliyinin təmin olunması, dərs prosesinin kreativlik üzərində qurulması, müəllimlərin və digər pedaqoji işçilərin bu istiqamətdə maarifləndirilməsi, ənənəvi sistemin yenilik üçün bazis rolunu oynaması kimi önəmli və aktual məsələlər ön plana çəkilir, həmçinin beynəlxalq təcrübənin ən dəyərli məqamları diqqətə çatdırılır.