Description:
Məqalədə təhsilalanlarda kreativliyin inkişaf etdirilməsi məsələləri araşdırılır. Qeyd olu-
nur ki, prosesin səmərəli təşkili ilk növbədə təlim proqramlarında öz əksini tapmalıdır. İslahat proqramı çərçivəsində imzalanmış hüquqi-normativ sənədlər və onlardan irəli gələn tələblər təhlil edilir. Təhsilin yeni, kreativ paradiqminin meydana gəlməsi şəxsiyyətin özünüdərkinə, özünüifadəsinə, istənilən situasiyada optimal strategiyanın seçiminə zəmin yaratması, şəxsiyyət yönümlü təlim strategiyaları və müvafiq texnologiyaların təhsil sisteminin tərkib hissəsinə çevrilməsi məsələlərinin əhəmiyyəti vurğulanır.