Description:
İngilis dilinin tədrisi kontekstində, o cümlədən bu dilin üslubiyyatının tələbələrə mənimsədilməsi prosesi çərçivəsində müasir didaktiv yanaşmalar dil şəxsiyyəti nəzəriyyəsinin əldə etdiyi elmi nəticələrin də nəzərə alınması vacibliyini ortaya qoymuşdur. Nitq davranışı özəllikləri bu və ya digər xalqın kommunikasiya vərdişlərinin mənimsənilməsini və ya tədrisini hədəf alır. Bu da ilk növbədə linqvokulturoloji səciyyə daşımaqla xalqın kollektiv dil şəxsiyyəti ilə korrelyasiya təşkil edir. Bu baxımdan infgilis dilinin tədrisi prosesində, məhz bu dilin daşıyıcıları olan toplumların ortaq və fərqli dil şəxsiyyəti özəlliklərinin, o cümlədən kommunikativ davranış özəlliklərinin nəzərə alınması çox vacibdir.