Description:
Layihə metodu dünyada ən çox istifadə olunan öyrənmə üsullardan biridir, çünki nəzəri bilikləri rasional birləşdirməyə və məktəblilərin birgə fəaliyyətində ətrafdakı reallığın konkret problemlərini həll etmək üçün praktikada tətbiq etməyə imkan verir. Layihə metodu problemin ətraflı işlənməsi yolu ilə didaktik məqsədə nail olmaq üsuludur. Bu öyrənmə üsulu şagirdlərin idrak bacarıqlarının inkişafına, öz biliklərini müstəqil şəkildə qurmaq bacarığına, informasiya məkanında naviqasiya qabiliyyətinə, tənqidi və yaradıcı təfəkkürün inkişafına əsaslanır. Məqalədə xarici dilin tədrisinin ilkin mərhələsində yaradıcı, rol oyunu və oriyentasiya layihələrindən istifadə etmək daha məqsədəuyğun hesab edildiyi qeyd olunur.