Description:
Layihə metodu, şagirdyönlü metod olub, onların ehtiyac və qabiliyyətinə diqqət yetirilməsi
zərurətini nəzərdə tutur. Bu öyrənmə üsulu əməkdaşlıq və fəal iştirakı prinsiplərinə əsaslanır. Xarici dilin tədrisində layihə metodundan istifadə şagirdlərə xarici dildən idrak vasitəsi, öz fikirlərini ifadə etmək, başqa insanların fikirlərini qavramaq və anlamaq üsulu kimi istifadə etməyə imkan verir. Bu, tələbələrin diqqətini ifadə formasından məzmuna yönəltmək və ətraf aləmi xarici dil vasitəsilə biliyə daxil etmək, beləliklə, sosial-mədəni səriştənin əhatə dairəsini genişləndirmək üçün ən səmərəli üsuldur.