Description:
Plüralist yanaşma dedikdə, ana dili və xarici dilin eyni anda öyrənmə xüsusiyyətlərinə əsaslanaraq tədrisdə yeni bir yanaşma tərzi kimi irəli sürülür. Məqsəd ana dilini baza dil kimi götürmək, bir və ya iki ölkənin dillərinə və mədəniyyətlərinə eyni anda yanaşmağa üstünlük verməkdir. Yəni, müxtəlif dilləri və mədəniyyətləri əhatə edən fəaliyyətlərə eyni anda müraciət etməyə üstünlük verilir. Deməli, dillərə və mədəniyyətlərə plüralist yanaşma bir neçə dil və mədəniyyəti özündə birləşdirən fəaliyyətlərə əsaslanır. Burada başlıca məqsəd çoxdilli və çoxmədəniyyətli bacarıq konsepsiyasını inkişaf etdirmək və bu bacarıqları davamlı olaraq zənginləşdirmək üçün əlverişli şərait yaratmaqdır.