Description:
Dillərə və mədəniyyətlərə plüralist yanaşma xarici dilin tədrisində mühüm əhəmiyyət kəsb
edir. Dillərə və mədəniyyətlərə plüralist yanaşmanın əsas prioriteti dilöyrənənlər arasında ifadəli öyrənməni dəstəkləməsidir. Odur ki, mədəniyyətlərarası kommunikasiyada bədən dilini və qeyri-verbal ünsiyyəti öyrənmək ünsiyyətin digər elementlərini bilmək qədər vacibdir. Bədən dili və qeyri verbal ünsiyyətin mədəniyyətlərarası mühitdə tədrisi dildə səmərəli və düzgün ünsiyyəti təmin etməkdir. Beləliklə, xarici dil dərslərində həmin dildə danışan insanların mədəniyyətlərinə xas ola biləcək bədən dili xüsusiyyətlərinin ötürülməsi dilin səmərəli şəkildə mənimsənilməsində mühüm rol oynayır.