Description:
Məqalədə plüralist yanaşmada tələbələrdə mədəniyyətlərarası ünsiyyət bacarıqlarının formalaşdırılması məsələlərindən bəhs edilir. Məqalədə eyni zamanda mədəniyyətlərarası ünsiyyətin tədrisində xüsusi rolu olan dillər üzrə ümumavropa çərçivə sənədindən də (CEFR) bəhs edilir. Xarici dillərin tədrisi zamanı CEFR sənədi mədəni bilik və bacarıqların formalaşdırılması və mənimsənməsində xüsusi rol oynayır. Bundan əlavə, məqalədə istər yerli, istərsə də xarici dilçilərin və metodistlərin mövzu ilə bağlı elmi araşdırmaları təhlil edilir və ümumiləşdirilir.