Description:
Məqalə dil fakültələrinin yuxarı (III-IV) kurslarında ingilis dilinin tədrisi prosesində idiomatik
ifadələrin autentik materiallarla mənimsədilməsinin üstünlüklərini təqdim edir. İngilis dilinin öyrədilməsinin səmərəliliyinin ilkin şərtlərindən biri bu dili dildaşıyıcılarının öz dilindən eşitmələridir. Tədrisdə autentik materiallardan istifadə tələbələrin dildaşıyıcılarının tələffüzünə, intonasiyasına, danışıq sürətinə və üslubuna bələd olmaları üçün yardımçı vasitədir. İdiomların tədrisi isə tələbələrin obrazlı və ifadəli nitq vərdişlərinə yiyələnmələrinə, ekspressiv kommunikativ kompetensiyaya malik olmalarına bilavasitə zəmin yaradır.