Description:
Məqalədə tələbələrin təhsil nailiyyətlərini təmin edən qiymətləndirmə texnologiyasının nəzəri əsasları öz əksini tapmışdır. Hər bir qiymətləndirmə növü sinif mühitində və ya daha geniş miqyaslı kontekstdə aparılmasından asılı olmayaraq, bir sıra elmi prinsiplərə və fəlsəfi fərziyyələrə əsaslanır. Məqsədindən və ya istifadə olunduğu kontekstdən asılı olmayaraq hər bir qiymətləndirmə üç əsas hissəyə əsaslanır: tələbələrin biliyi necə təqdim etdiyinə və fənlə əlaqəli səriştələrini necə inkişaf etdirdiyinə dair model, tələbələrin performansını müşahidə etməyə imkan verən tapşırıqlar və əldə edilmiş performans sübutlarından nəticə çıxarmaq üçün şərh üsulları.